top of page
4 www.telegraph.Ueli-Steck-the-man-who-r

Alqış olsun Sənə, Ey mənim Allahım! Hərarətli aşıqlərinin Sənin hicranından ötrü fəryadını və Səni tanıyanların Sənin hüzürundan uzaq düşdükləri üçün naləsini eşidirsən. Onların üzünə, Ey mənim Allahım, Öz fəzl qapılarını aç ki, onlar Sənin izininlə və Sənin iradənə uyğun olaraq bu qapılardan daxil olsunlar, Sənin əzəmət taxtının qarşısında dursunlar, Sənin səsinin ahəngini tutsunlar və Sənin üzünün nuru ilə işıqlansınlar.

Sən istədiyi etməyə qadirsən. Heç kəs Sənin hökmranlıq qüdrətinə qarşı çıxa bilməz. Əzəldən Sən tək olmusan, Sənin bərabərin olmayıb və əbədiyyətə qədər də bütün düşüncə və təsvirlərdən uca olaraq qalacaqsan. Elə isə, bəndələrinə Öz fəzlin və səxavətinlə rəhm eylə, imkan vermə ki, Sənə yaxınlıq dəryasının sahillərdən kənar qalsınlar. Əgər Sən onları tərk etsən, kim onların dostu olar; əgər Sən onları Özündən uzaqlaşdırsan, onlara kim lütf göstərər. Onların Səndən özgə Rəbbi, Səndən başqa Məbudları yoxdur. Öz bol fəzlinlə onlara səxavətlə yanaş.

Sən, həqiqətən, həmişə Bağışlayan, Ən Şəfqətlisən.

-Bəhaullah

Allaha Yaxınlıq Dualar

Allaha Yaxınlıq Dualar

1.  Öz fəzl qapılarını aç

bottom of page