top of page
4 www.telegraph.Ueli-Steck-the-man-who-r

Odur Şəfqətli, Ən Səxavətli! Ey Allah, mənim Allahım! Sən görürsən məni, Sən tanıyırsan məni; Sənsən mənim Pənahım və Sığınacağım. Heç kəsi axtarmadım Səndən başqa, nə də bir kəsi axtaracağam Səndən qeyri; Sənin məhəbbətinin yolundan başqa bir yolda addımlamadım, nə də ayrı bir yola qədəm qoyacağam. Ümidsizliyin zülmət gecələrində mənim intizar və ümid dolu gözlərim, Sənin hüdudsuz fəzlinin səhərinə dönür, sübh çağı isə üzülmüş qəlbim Sənin gözəlliyin və kamilliyinin zikri ilə təravətlənır və güclənir. Sənin mərhəmət fəzlinin kömək etdiyi kəs, hətta o bir damla da olsa, sahilsiz bir ümmana çevrilər, Sənin inayət yağışlarının yardım etdiyi kiçicik bir zərrə, parlaq ulduz kimi şölə saçar.

Öz hifzin altında, Sən Ey paklıq Ruhu, sən Ey Səxavətli Pərvərdigar, bu məftun, bu alovlanmış bəndənə pənah ver. Bu varlıq dünyasında ona kömək eylə ki, Sənin məhəbbətində sabit və möhkəm qalsın və izn ver ki, qanadı sınmış bu quş səmavi ağacın üzərində, Sənin cənnət yuvanda pənah və sığınacaq tapsın.

-Əbdül-Bəha Abbas

Allaha Yaxınlıq Dualar

Allaha Yaxınlıq Dualar

6. Ümidsizliyin zülmətində gözlərim Sənin fəzl səhərinə dönür

bottom of page