top of page
3 black-midnight www.thenakedconvos.jpg

Mən necə yata bilərəm, Ey Allah, mənim Allahım, Sənin həsrətini çəkənlərin gözləri Sənin hicranından oyaq ikən; və mən necə uzanıb dincələ bilərəm, Sənin aşiqlərinin qəlbləri Səndən uzaqlıqdan pərişan ikən?

Mən ruhumu və bütün varlığımı, İlahi, Sənin qüdrət və hifzinin sağ əlinə təslim etdim və başımı Sənin qüvvətinlə yastığa qoyur və Sənin iradən və razılığınla qaldırıram. Sən, həqiqətən, Qoruyan, Saxlayan, Qüdrətli və Ən Qüvvətlisən.
 
And olsun Sənin Qüdrətinə! İstər yatarkən, istər oyaqkən, Sənin arzuladığından başqa heç nə arzulamıram. Mən Sənin bəndənəm və Sənin ixtiyarındayam. Mənə mərhəmətlə kömək eylə ki, Sənin razılığının ətrını saçan işləri görüm. Bu, həqiqətən, mənim və sənə yaxın olanların diləyidir. Şükr olsun sənə, Ey aləmlərin Rəbbi!

-Bəhaullah

Axşam Duası

Axşam Duası

2. Başımı Sənin qüvvətinlə yastığa qoyur vərazılığınla qaldırıram

bottom of page