top of page
prashant-gupta-Iu6XlCanxBA-unsplash.jpg

Sən Ey Bağışlayan Rəbb! Sənsən bütün bu bəndələrin sığınacağı. Sən bütün sirlərdən agahsan və hər şeydən xəbərdarsan. Biz hamımız acizik, Sən isə Qüdrətli və Qüvvətlisən. Biz hamımız günahkarıq, Sən isə günahları Bağışlayan, Mərhəmətli və Şəfqətlisən. İlahi! Bizim qüsurlarımıza baxma. Öz fəzl və bəxşişinlə bizimlə rəftar eylə. Bizim qüsurlarımız çoxdur, amma Sənin əfv dənizin tükənməzdir. Bizim acizliyimiz böyükdür, lakin Sənin kömək və yardımın bəllidir. Ona görə də yardımınla bizi müvəffəq eylə və qüvvətləndir. Bizi Sənin Müqəddəs Astanana layiq olan əməllər etməyə qadir eylə. Ürəklərimizi nurlandır, bizə bəsirət gözləri bağışla və eşidən qulaqlar əta eylə. Ölülərə həyat ver və xəstələrə şəfa bağışla. Yoxsullara zənginlik və qorxaqlara əmin-amanlıq ver. Bizi Öz Mələkutuna qəbul eylə və hidayət nuru ilə işıqlandır. Sən Qüdrətli və Qüvvətlisən. Sən Səxavətlisən. Sən Rəhmlisən. Sən Mehribansan.

-Əbdül-Bəha

Bağışlanma Duaları

Bağışlanma Duaları

12. Biz hamımız acizik, Sən isə Qüdrətli və Qüvvətlisən. Biz hamımız günahkarıq

bottom of page