top of page
faye-cornish-Uq3gTiPlqRo-unsplash.jpg

Ey bizim Rəbbimiz Allah! Sənin razı qalmadığın hər şeydən Öz fəzlinlə bizi qoru və bizə sənə layiq olanı bəxş eylə. Öz kərəmindən bizə bol pay ver və bizi bəxtiyar eylə. Törətdiklərimizə görə bizi əfv et, günahlarımızı sil və bağışlayıcılığınla günahımızdan keç. Həqiqətən Sən Ən Uca və Qəyyumsan.

Sənin inayətin göydə və yerdə olan bütün yaranmışları əhatə edib və Sənin əfvin bütün yaradılışı bürüyüb. Hökmranlıq Sənə məxsusdur; əmr və xilqət aləmləri Sənin əlindədir; bütün yaradılışı Sən sağ əlində saxlayırsan və əfvin təyin olunmuş mizanı Sənin ovcundadır. Bəndələrin arasından kimi istəsən, Sən bağışlayırsan. Həqiqətən, Sən həmişə Bağışlayan və Mehribansan. Hec bir şey Sənin elmindən qaça bilməz və heç nə yoxdur ki, Səndən gizli olsun.
Ey bizim Rəbbimiz Allah! Öz qüdrətinin gücü ilə bizi qoru, bizi Sənin ecazkar, təlatümlü dənizinə daxil olmağa qadir eylə və Sənə yaraşanı bizə əta eylə.
 
Sənsən Hökmran Hakim, Qüdrətli Xaliq, Uca və Ən Sevimli.

-Bab

Bağışlanma Duaları

Bağışlanma Duaları

7.  Törətdiklərimizə görə bizi əfv et, günahlarımızı sil

bottom of page