top of page
ryoji-iwata-TRJjPc0wss0-unsplash.jpg

Sən Ey Şəfqətli Allah, Sən Ey Səxavətli və Qadir! Biz Sənin İlahi qüvvətinin altında pənah tapmış bəndələrik. Öz lütfünlə bizə bir nəzər sal. Gözlərimizə işıq ver, qulaqlarimizı eşıdən et, qəlblərımızə anlayış və məhəbbət sal. Müjdələrinlə ruhlarimizı şad və xoşhal eylə. Ya Rəbb! Sənin mələkutuna gedən yolu bizə göstər, Müqəddəs Ruhun nəfəsilə bizim hamımızı dirilt. Bizə əbədi həyat əta eylə və tükənməz şərəf bəxş et. Bəşəriyyəti birləşdir və insan aləmini işqlandır. Qoy hamımız Sənin yolunla gedək, Sənin razılığını arzu edək və Sənin mələkutunun sirlərini axtaraq. İlahi! Bizi birləşdir, Sənin qırılmaz tellərinlə ürəklərimizi bir-birinə bağla. Həqiqətən, Sən Bəxşedən, Mehriban və Qüdrətlisən.

-Əbdül-Bəha Abbas

Bəşəriyyət üçün Dualar

Bəşəriyyət üçün

2. Qulaqlarimizı eşıdən et, qəlblərımızə anlayış və məhəbbət sal

bottom of page