top of page
Sunset Sailboats

Sən bilirsən, ey Allah və şahidsən ki, mənim ürəyimdə Sənin razılığını qazanmaqdan, Sənə bəndəlikdə müvəffəq olmaqdan, özümü Sənin xidmətinə həsr etməkdən, Sənin böyük üzümlüyündə zəhmət çəkməkdən və hər şeyi Sənin yolunda qurban verməkdən başqa bir arzum yoxdur. Sən hər şeyi Bilən və hər şeyi Görənsən. Mənim Sənə olan məhəbbətimdən, yalnız Sənin səltənətinin gəlişini bəyan etmək və bütün insanlar arasında Sənin çağrışını ucaltmaq üçün qədəmlərimi dağlara və düzlərə yönəltməkdən başqa heç bir istəyim yoxdur. Ey Allah! Bu köməksizin yolunu aç, bu xəstəyə Öz ilacını əta eylə və bu dərdliyə Öz şəfanı bəxş eylə. Yanar ürəklə və gözləri yaşlı Sənin Astananda Sənə yalvarıram.

Ey Allah! Sənin yolunda istənilən bəlanı çəkmək üçün hazıram və bütün ürəyim və qəlbimlə istənilən çətinliklə qarşılaşmağı arzu edirəm.

Ey Allah! Məni sınaqlardan qoru. Sən yaxşı bilirsən ki, mən hər şeydən üz döndərmişəm və özümü bütün fikirlərdən azad etmişəm. Mənim Səni zikr etməkdən başqa məşğuliyyətim və Sənə xidmətdən başqa arzum yoxdur.

-Əbdül-Bəha

İlahi Təyid Duaları

6. özümü Sənin xidmətinə həsr etmək

İlahi Təyid Duaları

bottom of page