Yalvarıram bağışla məni, Ey mənim Allahım və Özün bəndələrinin Sənə necə üz tutmalarını istədiyin kimi, Sənin əfvini rica edirəm. Yalvarıram Sənə, Rəbliyinə layıq olan tərzdə bizim günahlarımızı sil və Öz əzəmətinin şərəfinə layiq və qüdrətinin cəlalına yaraşan şəkildə məni, valideynlərimi və Sənin məhəbbət məkanına daxil olmuş saydığın kəsləri bağışla.

Ey mənim Allahım! Sənə üz tutub yalvarmaq üçün ruhumu Sən ilhamlandırdın, Sən olmasaydın, mən Sənə dua etməzdim. Həmd olsun Sənə! Sənə şükr edirəm ki, Özünü mənə göstərdin; yalvarıram Sənə, bağışla məni, ona görə ki, Səni tanımaq borcumu yerinə yetirə bilmədim və Sənin məhəbbətin yolunda addımlamaqda müvəffəq ola bilmədim.

-Bab

Valideynlər üçün Dualar

Ailələr

2. Rəbliyinə layıq olan tərzdə günahlarımızı sil