Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Bu Sənin bəndəndir ki, Sənin fəzlinin əllərindən mərhəmət şərabını içdi və Sənin günlərində Sənin məhəbbətinin dadını bildi. Səni and verirəm, Sənin adlarının mücəssəmələrinə, o kəslər ki, Sənin sevgində sevinclərinə və nəzərlərini Sənin üzünə dikmələrinə kədər mane ola bilməz və o kəslər ki, qafillərin qoşunları Sənin razılıq yolundan onları döndərməkdə acizdir - ona Sənin malik olduğun xeyirləri nəsib eylə və onu elə zirvələrə qaldır ki, bu dünyaya o, bir göz qırpımından da tez yox olan bir kölgə kimi baxsın.

Daha sonra, Ey mənim Allahım, sonsuz əzəmətinin gücü ilə onu Sənin bəyənmədiyin bütün şeylərdən hifz eylə. Sən, həqiqətən, onun Rəbbi və bütün aləmlərin Rəbbisən.

-Bəhaullah

Hifz Duaları

Hifz Duaları

2. Sonsuz əzəmətinin gücü ilə Sənin bəyənmədiyin bütün şeylərdən hifz eylə