Ey Allah, mənim Allahım! Mən öz evimdən Sənin məhəbbət ipindən tutaraq çıxdım və özümü tamamilə Sənin hifz və himayənə tapşırdım. Səni and verirəm o qüvvətinə ki, onunla Sən sevimlilərini hər azğın və sapqından, itaətsiz zalımdan və Səndən uzaqlaşmış hər bir şər adamdan qorudun - Öz kərəm və fəzlinlə məni mühafizə eylə. Sonra qadir eylə ki, qüvvət və qüdrətinlə evimə dönüm. Sən, həqiqətən, Qüdrətli, Əzəmətli və Qəyyumsan.

-Bəhaullah

Hifz Duaları

Hifz Duaları

4. Məhəbbət ipindən tutaraq evdən çıxdım və özümü Sənin hifz və himayənə tapşırdım