Ey mənim Rəbbim, mənə və Sənə inananlara, Ana Kitabda müəyyən olunduğu kimi, Sənin nəzərində bizim üçün xeyirli olanları qismət eylə, çünki bütün şeylərin ölçüsünü Sən Öz ovcunda tutursan.

 

Sənin gözəl nemətlərin daim Səni sevənlərə nazil olub, Sənin səmavi bəxşişlərinin ecazkar nişanələri Sənin birliyini tanıyanlara bolluqla əta edilib. Bizə verdiyin tale qismətimizi Sənə əmanət edirik və Sənə yalvarırıq ki, bizə Sənin elminin əhatə etdiyi bütün xeyirləri nəsib edəsən.

Ey mənim Rəbbim, Sənin xəbərdar olduğun bütün bəlalardan məni hifz eylə, çünki qüvvət və qüdrət ancaq Səndədir, zəfər yalnız Sənin hüzurundan gəlir və hökm etmək yalnız Sənə məxsusdur. Allah nəyi iradə etmişdi, olub, nəyi iradə etməyib, olmayacaq.

Qüvvət və qüdrət yalnız Allaha məxsusdur, Uca və Ulu Allaha.

-Bab

Hifz Duaları

Hifz Duaları

6. Ey mənim Rəbbim, Sənin xəbərdar olduğun bütün bəlalardan məni hifz eylə