Ulular Ulusu, Qalibiyyətli Allahın Adı ilə! Hökmranlıq mənbəyi əlində olan Rəbb Ulu və Müqəddəsdir! O istədiyini Özünün "Ol" Fərmanı ilə yaradır və o olur. Bundan əvvəl hökm ixtiyarı Onun idi və bundan sonra da Onun olacaq. Öz əmrinin qüdrəti ilə kimi istəsə, O qalib edir. Odur həqiqətdə, Qüdrətli, Qüvvətli. Zühur və Xilqət və onların arasında olanların səltənətlərində bütün cəlal və əzəmət Ona məxsusdur. Həqiqətən, O Qadirdir, ən Cəlallıdır, əzəldən O, dəfedilməz güc Mənbəyi olmuş və əbədiyyətədək də belə qalacaqdır. O, doğrudan qüdrət və qüvvət Rəbbidir. Göyün və yerin bütün səltənətləri və onların arasında olan hər şey Allahındır və Onun qüdrəti hər şeydən üstündür. Yerin və göyün bütün xəzinələri və onların arasında olan hər şey Onundur və hər şey Onun mühafizəsi altındadır. Odur yaradan göyləri və yeri və onların arasındakı hər şeyi və O, həqiqətən, hər şeyə şahiddir. Göyün və yerin sakinləri və onların arasında olanlar üçün Haqq-hesab gününün Sahibi Odur və həqiqətən haqq-hesab çəkməkdə Allah cəlddir. Göydə və yerdə və onların arasında olanlar üçün ölçünü O müəyyən edir. Həqiqətən O Ali Hifz Edəndir. Göyün və yerin və onların arasında olan hər şeyin açarlarını O öz ovcunda tutur. Hökmünün gücü ilə, Öz istəyilə O, bəxşişlər əta edir. Onun fəzli, həqiqətən, hamını bürüyür və Odur hər şeyi Bilən.

Söylə: Allah mənə yetər! Bütün şeylərin səltənətini ovcunda tutan Odur. Göydə və yerdə və onların arasında olanların qoşunlarının gücü ilə O, istədiyi kəsi hifz edir. Allahın gözü, həqiqətən, hər şeyin üzərindədir.

Nəhayətsiz ucasan Sən, Ya Rəbb! Qarşımızda və arxamızda, başımızın üstündə, sağımızda və solumuzda, ayağımızın altında və mühafizəsiz qalmış hər yerimizdə olanlardan bizi hifz eylə. Həqiqətən, hər şeyin mütləq qoruyucusu Sənsən. 

-Bab

** Bu duanın əsli Həzrət Babın Öz əli ilə

    beş guşəli ulduz şəklində yazılmışdır

Hifz Duaları

Hifz Duaları

8. Göydə və yerdə və onların arasında olanların qoşunlarının gücü ilə hifz eylə