Ey Allah, mənim Allahım! Nəfs və ehtirasın şərinə qarşı Öz mömin bəndələrinə sipər ol, Sənin inayətinin ayıq gözlərilə bütün kin, nifrət və həsəddən onları mühafizə eylə, Sənin qayğının alınmaz qalasında onlara sığınacaq ver, şübhə oxlarından onları qoru, onları Sənin şanlı əlamətlərinin məzhərləri eylə, Sənin ilahi birlik Günəşinin parlaq şüaları ilə onların çöhrəsini nurlandır, Sənin müqəddəs mələkutundan nazil olan ayələrlə onların könüllərini sevindir, Sənin şərəf səmandan gələn hər şeyi hərəkətə gətirən qüvvətinlə onların qurşaqlarını bərkit. Sən ən Kəramətli, Hifzedən, Qüdrətli, Fəzl Sahibisən.

-Əbdül-Bəha Abbas

Hifz Duaları

Hifz Duaları

9. Nəfs və ehtirasın şərinə qarşı Öz mömin bəndələrinə sipər ol