Ey mənim Rəbbim! Sən bilirsən ki, insanlar dərd-bəla və fəlakətlərlə əhatə olunub, iztirab və çətinlik içindədirlər. Hər cür sınaq insana hücum edir və cürbəcür şiddətli bəlalar əjdaha kimi onun üstünə gəlir. Onun üçün Sənin himayədar, hifzedici, qoruyucu və qayğı qanadının altından başqa bir sığınacaq və pənah yoxdur.

Sən Ey Mərhəmətli Allah! Ey mənim Rəbbim! Sənin mühafizəni mənim zirehim eylə, hifzini mənim qalxanım, təvazökarlığı Sənin təklik qapın önündə keşikçim, Sənin qayğı və müdafiəni mənim qalam və məkanım eylə. Nəfs və ehtirasımın hiyləsindən məni qoru, hər cür xəstəlik, sınaq, çətinlik və ağır imtahandan məni hifz eylə.

 

Həqiqətən, Sən Himayədar, Hifzedən, Qoruyan, Kifayətedənsən və həqiqətən, Sən rəhmlilərin Rəhmlisisən.

-Əbdül-Bəha Abbas

Hifz Duaları

Hifz Duaları

10. Nəfs və ehtirasımın hiyləsindən məni qoru, hər cür xəstəlik, sınaq, çətinlik