Sübhansan Sən, Ey mənim Allahım! Sənə şükr edirəm ki, mənə Zühurunun Məşriqi, Mərhəmətinin Məzhəri, Əmrinin Xəzinəsi olan Kəsi tanıtdırdın. Yalvarıram Sənə, o Adınla ki, onunla yaxınların üzləri ağ oldu və sadiqlərin könulləri Sənə tərəf qanad açdı- mənə qismət eylə ki, mən hər zaman və hər bir halda Sənin ipindən yapışım, Səndən başqa hər kəsdən əlimi üzüm, gözlərimi Sənin Vəhy üfüqünə dikim, Lövhlərində mənə əmr etdiklərini yerinə yetirim.

Öz lütf və inayətinin libası ilə, İlahi, mənim zahirimi və batinimi zinətləndir. Sonra Sənin bəyənmədiyin hər bir şeydən məni hifz eylə, mənə və yaxınlarıma Sənə itaət etməkdə və məni şeytani nəfs və ehtirasa təhrik edən hər şeydən uzaq olmaqda mərhəmətlə yardım eylə.

 

Sən, həqiqətən, bütün bəşərin Rəbbisən, bu dünyanın və o biri dünyanın Sahibisən. Səndən başqa Allah yoxdur, Sən hər şeyi Bilən və Ən Hikmətlisən!

-Bəhaullah

Dünyaya Bağlanmamaq

Dünyaya Bağlanmamaq

2. Mənə qismət eylə ki, mən hər zaman və hər bir halda Sənin ipindən yapışım