Ucalsın Sənin Adın, Ey mənim Allahım! Səni and verirəm fəzl köynəyinin rayihələrinə ki, Sənin hökmün və istəyinlə bütün kainata yayıldı və Sənin iradə Günəşinə ki, Sənin qüdrətinin və hökmranlığın gücü ilə Sənin mərhəmət üfüqündən parladı – mənim ürəyimi bütün bihüdə xəyal və şəkk-şübhələrdən azad eylə ki, mən bütün sevgimlə üzümü Sənə tutum, Sən Ey bütün bəşərin Rəbbi!

Mən Sənin bəndən və bəndənin oğluyam, Ey mənim Allahım! Sənin fəzl dəstəyindən və inayət ipindən yapışmışam. Sənin yanında olan xeyirli şeyləri mənə nəsib eylə və məni Sənin səxavət buludundan və kərəm göyündən endirdiyin Süfrədən qidalandır.

 

Sən, həqiqətən, aləmlərin Rəbbi, göydə və yerdə olanların Allahısan.

-Bəhaullah

Dünyaya Bağlanmamaq

Dünyaya Bağlanmamaq

3. Mənim ürəyimi bütün bihüdə xəyal və şəkk-şübhələrdən azad eylə