Neçə-neçə buz bağlamış ürək, Ey mənim Allahım, Sənin Əmrinin atəşindən oda qalandı və neçə-neçə qafil Sənin nidanın şirinliyindən oyandı. Sənin günlərində neçə-neçə qərib Sənin vahidlik ağacının kölgəsinə sığındı və neçə-neçə təşnə dirilik suyunun çeşməsinə can atdı.

Xoş o kəsin halına ki, Sənə tərəf yönəldi, Sənin üzünün Məşriqinə çatmağa tələsdi. Xoş o kəsin halına ki, bütün sevgisi ilə üzünü Sənin Vəhy Məşriqinə və ilham Mənbəyinə tutdu. Xoş o kəsin halına ki, Öz Səxavət və lütfünlə ona bəxş etdiklərini Sənin yolunda sərf etdi. Xoş o kəsin halına ki, Sənin həsrətindən yanarkən, Səndən başqa hər şeyi atdı. Xoş o kəsin halına ki, Səninlə munis oldu və Səndən başqa hər şeydən əlini üzdü.

 

Səni and verirəm, İlahi, Sənin adın olan Kəsə, o Kəs ki, Sənin hökmranlığının gücü və qüdrəti ilə Öz məhbəsinin üfüqündən ucaldı – hər bir kəsə Sənə yaraşanı və Məqamına layıq olanı nəsib eylə. Sənin qüdrətin, həqiqətən, hər şeyə qadirdir.

-Bəhaullah

Dünyaya Bağlanmamaq

Dünyaya Bağlanmamaq

4. Neçə-neçə buz bağlamış ürək, Sənin Əmrinin atəşindən oda qalandı