Bilmirəm, Ey mənim Allahim, o nə Oddur ki, Sən Öz ölkəndə qalamısan. Nə torpaq onun şöləsini gizlədə bilər, nə də su onun alovunu söndürə bilər. Bütün yer üzünün insanları onun gücü qarşısında acizdirlər. Bəxtiyardır o kəs ki, bu atəşə yaxınlaşdı və onun uğultusunu eşitdi.

Bəzilərini, İlahi, Sən qüvvətləndirici fəzlinlə ona yaxınlaşmağa qabil etdin, digərlərini isə Sənin günlərində törətdiklərinə görə ondan məhrum qoydun. Və o kəslər ki, ona doğru tələsib kama çatdılar, onlar Sənin Camalının şövqü ilə canlarını fəda etdilər və Səndən başqa hər şeydən ayrılıb Sənə doğru ucaldılar.

 

Səni and verirəm, İlahi, yanıb şölələnən bu Oda ki, xilqət dünyasında yanır və tüğyan edir, Sənin əzəmət taxtının önünə yetişməyimə və Sənin qapında dayanmağıma mane olan pərdələri yandır. Ey Allahım, Öz kitabında nazil etdiyin bütün xeyirləri mənə nəsib eylə və məni Öz mərhəmət çadırından uzaq düşməyə qoyma.

 

Sən istədiyini etməyə Qadirsən. Həqiqətən, Sən Qüdrətli və Ən Səxavətlisən.

-Bəhaullah

Dünyaya Bağlanmamaq

Dünyaya Bağlanmamaq

5. Bilmirəm o nə Oddur ki, Sən Öz ölkəndə qalamısan- nə torpaq onun şöləsini gizlədə