Alqəş Sənə, Ey mənim Allahım! Mən Sənə və Sənin əlamətlərinə iman gətirmiş bir bəndənəm. Görürsən, Sənin mərhəmət qapına yönəlmiş və üzümü Sənin inayət sahilinə tutmuşam. Səni and verirəm ən gözəl adlarına və ən uca sifətlərinə - nemətlərinin qapısını mənim üzümə aç. Sonra isə yaxşı əməllərə müvəffəq eylə, Sən Ey bütün adlar və sifətlərin Sahibi!

 

Mən fəqirəm, İlahi, Sənsə Zənginsən. Üzümü Sənə tərəf tutmuşam və Səndən başqa hər şeydən inqita etmişəm. Yalvarıram Sənə, inayətinin nəsimlərindən məni məhrum etmə və bəndələrin arasında seçilmişlərin üçün müəyyən etdiyindən məni binəsib qoyma.

Ey mənim Allahım, mənim gözlərimdən pərdəni qaldır ki, Sənin yaratdıqların üçün istədiklərini görüm və Sənin əsərlərinin bütün təzahürlərində Sənin yenilməz qüdrətinin əlamətlərini aşkar edim. Mənim ruhumu, ya Rəbb, Özünün ən qüdrətli əlamətlərinlə məftun eylə və məni nəfs və ehtirasın dərinliyindən qurtar. Sonra mənə bu dünyanın və axirətin xeyir-bərəkətini yaz. Sən istədiyini etməyə Qadırsən. Səndən başqa Allah yoxdur, Ən Cəlallı, hamının yardım Axtardığı Allah.

Mən Sənə şükrlər edirəm, Ey mənim Rəbbim, Sən məni qəflətdən oyatdın, ayıltdın və bəndələrinin əksəriyyətinin qafil olduqlarını anlamağa istək yaratdın. İndi isə Sənin məhəbbətin və razılığın xatirinə, istədiklərinin həqiqətini görməyə məni qadir eylə. Sən O Kəssən ki, hər şey Onun qüdrət və hökmranlığına şəhadət verir.

 

Səndən başqa Allah yoxdur, Ən Qüdrətli və Ehsan Edən Allah.

-Bəhaullah

Dünyaya Bağlanmamaq

Dünyaya Bağlanmamaq

6. Üzümü Sənə tərəf tutmuşam və Səndən başqa hər şeydən inqita etmişəm