Ey Allah, mənim Allahım! Sən mənim Ümidim və Məhbubumsan. Mənim Məqsudum və Arzumsan! Böyük itaətkarlıq və tam təslimiyyətlə Sənə dua edirəm, məni Öz diyarında məhəbbətinin minarəsi, məxluqatın arasında elminin çırağı, səltənətində ilahi bəxşiş bayrağı eylə.

Məni o kəslərin sırasına yaz ki, Səndən başqa hər şeydən inqita ediblər, bu dünyanın fani şeylərindən özlərini pak ediblər və şəkk-şübhə əhlinin təhrikindən özlərini azad ediblər.

 

Qoy ürəyim Sənin mələkutundan yetişən təyid ruhu ilə genişlənsin, gözlərim Cəbərutundan ardıcıl olaraq üstümə enən İlahi yardım qoşunlarını müşahidə etməklə işıqlansın.

 

Sən, həqiqətdə, Qüdrətli, Ən Cəlallı və Ən Qüvvətlisən.

-Əbdül-Bəha Abbas

Dünyaya Bağlanmamaq

Dünyaya Bağlanmamaq

10. Məni o kəslərin sırasına yaz ki, Səndən başqa hər şeydən inqita ediblər