Mənim Allahım, Məbudum, Sultanım, Məqsudum! Sənə şükrlərimi hansı dil bəyan edə bilər? Qafil idim, ayıltdın, Səndən üz çevirmişdim, Sənə tərəf dönməyimə mərhəmətlə kömək etdin. Ölü idim, dirilik suyu ilə mənə həyat verdin. Solmuşdum, Ən Mərhəmətlinin Qələmindən axan bəyan Kövsərindən mənə təravət bağışladın.

 

Ey Pərvərdigar! Bütün mövcudat Sənin kəramətindən yaranmışdır; Öz səxavət sularından onu məhrum etmə və mərhəmət dənizindən onu kənar tutma. Hər zaman və hər bir şəraitdə Sənin kömək və yardımın üçün yalvarır və Sənin fəzl göyündən qədimi bəxşişini diləyirəm. Sən, həqiqətən, Kəramət Sahibi və əbədi Mələkut Sultanısan.

-Bəhaullah

Kömək və Yardım

Kömək və Yardım

2. Sənə şükrlərimi hansı dil bəyan edə bilər? Qafil idim, ayıltdın