Yığma, İlahi, Sənin adınla açılmış bayram süfrəsini və Sənin sönməz atəşinlə alovlandırılmış yanar odu söndürmə. Sənin cəlalın və zikrinin nəğməsi ilə şırıldayan o dirilik suyunu çağlamaqdan saxlama və Öz bəndələrini Sənin məhəbbətinin ətirlərini saçan o şirin rayihələrindən məhrum etmə.

 

İlahi! Öz övliyalarının dərdlərini yüngülləşdir, onların çətinliklərini rahatlığa, zillətini izzətə və qəmlərini sevincə çevir, Sən Ey bəşərin cilovunu ovcunda Tutan!

 

Sən, həqiqətən, Təksən, Vahidsən, Qüdrətli, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

-Əbdül-Bəha Abbas

Kömək və Yardım

Kömək və Yardım

7. Öz övliyalarının dərdlərini yüngülləşdir, onların çətinliklərini rahatlığa çevir