Sən görürsən, Ey mənim Allahım, Sənə arxa çevirmiş məxluqatının törətdiyi şər əməllər, Sənin Allahlığının zahir olduqu Kəslə Sənin bəndələrin arasına necə girmişdir. Onlara, Ey mənim Allhım, o şeyləri göndər ki, onları bir-birinin qayğıları ilə məşğul etsin. Sonra isə qoy onların zorakılığı öz aralarında qalsın ki, torpaq və onun üstündə yaşayanlar sakitlik tapa bilsinlər.

 

Sənin kənizlərindən biri, İlahi, Sənin üzünü axtardı və Sənin razılıq fəzana pərvaz etdi. İlahi, Sənin kənizlərin arasında seçilmişlərin üçün müəyyən etdiklərindən onu məhrum etmə. Sonra qadir eylə onu, Sənin bəyanınla elə cəzb olunsun ki, onların arasında Sənin tərifini yüksəltsin.

 

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Qüdrətli Allah ki, hamı Onun köməyini diləyir.

-Bəhaullah

Qadınlar Üçün Dualar

Qadınlar Üçün Dualar

2. Sənin kənizlərin arasında seçilmişlərin üçün müəyyən etdiklərindən məhrum etmə