Sən Ey üzü Sənin həsrətini çəkənlərin sitayiş yeri, liqası Sənin iradənə büsbütün tabe olanların ümidi, yaxınlığı Sənin sarayına yaxın olanların arzusu, siması Sənin həqiqətini etiraf edənlərin munisi, adı Sənin üzünü görmək üçün yananların qəlblərini titrədən, nidası Sənin aşiqlərinin həqiqi həyatı, sözü yerdə və göydə olanlar üçün həyat suyu olan Kəs!

 

Səni and verirəm Sənin çəkdiyin zülmə və zalımların qoşunlarının Sənə vurduqları ziyanlara – Sənin mərhəmət buludlarından onu nazil et ki, məni Səndən olmayan bütün şeylərdən təmizləsin, ta ki, mən Səni tərif etməyə layiq olum və Səni sevməyə qabil olum.

 

İlahi, Sənin ətrafında olan kənizlərin və üzərlərinə Sənin gözəlliyinin işığının və Sənin üzünün şualarının davamlı düşdüyü kəslər üçün müəyyən etdiyin şeyləri məndən əsirgəmə. Sən O Kəssən ki, əzəldən Səni axtaranlara yardım etmisən və səndən istəyənlərə kəramətlə lütf etmisən.

 

Səndən başqa Allah yoxdur, Qüdrətli, Dəyişməz, Kəramət Sahibi, Ən Səxavətli Allah.

-Bəhaullah

Qadınlar Üçün Dualar

Qadınlar Üçün Dualar

3. Sənin kənizlərin müəyyən etdiyin şeyləri məndən əsirgəmə