Alqış Sənə, ey mənim Allahım! Mənim üzüm Sənin üzünə yönəlmişdir və mənim üzüm, həqiqətən, Sənin üzündür, mənim nidam Sənin nidan, Mənim zühurum Sənin Zühürün və mənim özüm Sənin Özün, mənim Əmrim Sənin Əmrin, mənim hökmüm Sənin hökmün, mənim Varlığım Sənin Varlığın, mənim hökmranlığım, Sənin hökmranlığın, mənim şərəfim Sənin şərəfin, mənim qüdrətim Sənin qüdrətindir.

 

Yalvarıram Sənə, Sən Ey millətlərin YaradıÇısı və əbədiyyət Sultanı – kənizlərini Özünün ismət məbədində qoru və onların Sənin günlərində layiqli olmayan əməllərini sil. Sonra, Ey mənim Allahım, bütün şəkk-şübhələri və bihudə xəyalları onlardan kənar et və Səninlə əlaqəsi olmayan hər şeydən onları pak eylə, Sən Ey adların Maliki və bəyan Mənbəyi. Sən ey bütün xilqətin cilovunu ovcunda tutan Kəs.

 

Səndən başqa Allh yoxdur, Qüdrətli, Ən Uca, Ən Nurlu, Qəyyum.

-Bəhaullah

Qadınlar Üçün Dualar

Qadınlar Üçün Dualar

4. kənizlərini Özünün ismət məbədində qoru