Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Sən O Kəssən ki, məhəbbətinin atəşi Sənin birliyini tanıyanların ürəyinə od saldı, üzünün nurları Sənin dərgahina yaxın olanların üzünü işıqlandirdi. Necə boldur, Ey mənim Allahım, Sənin irfan suların! Necə şirindir, Ey mənim Məhbubum, mənim Sənə məhəbbətim naminə və Sənin razılığın xatırınə zalımların atdığı öxlardan aldığım zədələr! Necə xoşdur Sənin yolunda və Sənin Dinini bəyan etmək üçün imansızların qılınclarından aldığım yaralar!

 

Səni and verirəm o adına ki, onunla Sən narahatlığı sakitliyə, qorxunu inama, zəyifliyi gücə, zilləti izzətə çevirirsən – Öz fəzlinlə mənə və Sənin bəndələrinə kömək et ki, Sənin adını elə ucaltsinlar, Sənin Müraciətini elə çatdırsınlar, Sənin Əmrini elə izhar etsinlər ki, biz nə günahkarların hücumları, nə də imansizların qəzəbi qarşısında sarsılmayaq, Sən Ey mənim Məhbubum!

 

Mən, İlahi, Sənin o kənizinəm ki, Sənin nidanı eşidib, özündən qaçaraq və qəlbini Sənə verərək Sənə doğru tələsib. Səni and verirəm, İlahi, Sənin o adına ki, onun vasitəsilə yerin bütün xəzinələri üzə çıxıb, məni o kəslərin eyhamından hifz et ki, Sənə inanmadılar və Sənin həqiqətini inkar etdilər. Sən, həqiqətən, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

-Bəhaullah

Qadınlar Üçün Dualar

Qadınlar Üçün Dualar

5. Sənin o kənizinəm ki, Sənin nidanı eşidib, özündən qaçaraq Sənə doğru tələsib