Sən Ey həşəmətli qüdrətindən bütün şeyləri lərzəyə salan Kəs, bütün insanların işlərini ovcunda saxlayan Kəs, bütün məxluqatın üzünün fəzlinə və mərhəmətinə üz tutduğu Kəs! Səni and verirəm O Adına ki, Sən Onu adlar səltənətində olan bütün adların ruhu etmisən – Səndən üz döndərənlərin, Sənin adlarının səltənətini titrədən bu Zühürda ən yüksək və ən uca olan Zatının həqiqətini inkar edənlərin təhriklərindən bizi qoru.

 

Mən Sənin kənizlərindən biriyəm, İlahi! Üzümü Sənin fəzlinin məkanına və Sənin cəlalının sitayiş yerinə tutmuşam. Səndən olmayan bütün şeylərdən məni pak eylə və məni gücləndir ki, Səni sevim, Sənin razılığına çalışım, ta ki, Sənin camalını seyr etməkdən həzz alım, Sənin yaratdıqlarına olan bağlılıqlardan qurtulum və hər ən bəyan edim: “Həmd olsun Allaha, aləmlərin Rəbbinə”

 

Qoy, Sənin gözəlliyin, İlahi, mənim qidam, liqanın işığı içkim, razılığın ümidim, vəsfin işim olsun, Sənin zikrin munisim, hökmranlığın köməyim, məkanın yurdum, evim isə o yer olsun ki, Sən onu Səndən pərdə ilə ayrılanların məhdudiyyətlərinin fövqünə qaldırmısan.

 

Sən həqiqətən, qüdrət, güc və cəlal Allahısan.

-Bəhaullah

Qadınlar Üçün Dualar

Qadınlar Üçün Dualar

7. Mən Sənin kənizlərindən biriyəm, İlahi! Üzümü Sənin sitayiş yerinə tutmuşam