İlahi! İlahi! Səni tərif edir və Sənə şükr edirəm, o şey üçün ki, Sən onu Öz təvazökar kənizinə əta etdin, Sənin kölən Sənə yalvarıb-yaxarır, çünki Sən həqiqətən, onu Öz aşkar Mələkutuna yönəltdin, bu fani dünyada Sənin uca Nidanı ona eşitdirdin və hər şeyin üzərində qalib olan hakimiyyətinin aşkarlığını sübut edən Əlamətlərini görməsinə səbəb oldun.

 

İlahi, mən bu bətnimdə olanı Sənə həsr edirəm. Elə isə bunu Sənin Mələkutunda layiqli bir uşaq eylə, Öz lütfün və səxavətinlə onu bəxtiyar biri eylə, Sənin təlim-tərbiyən altında onu inkişaf etdir və böyüt. Həqiqətən, Sən Fəzl Sahibisən! Həqiqətən, Sən Böyük Bəxşiş Mövlasısan.

-Əbdül-Bəha Abbas

Hamilə Analar üçün Dua

Hamilə Analar

9. Mən bətnimdə olanı Sənə həsr edirəm- bunu Sənin Mələkutunda layiqli bir uşaq eylə