Odur Allah! Ey misilsiz Rəbb! Öz qüdrətli hikmətinlə Sən ümmətlərə nigah bağlamağı əmr etdin ki, bu dünyada insanların nəsilləri bir-birini əvəz etsin və həmişəlik, dünya durduqca onlar Sənin vahidlik Astananda özlərini bəndəlik və ibadət, alqış, pərəstiş və şükrlə məşğul etsinlər. "Mən ruhları və insanları ancaq mənə ibadət etmək üçün yaratdım!"(Quran, 3:67) Ona görə də öz Rəhmaniyyət səmandan, Sənin məhəbbət yuvanın bu iki quşunun nigahını kəs və onları daimi fəzli cəzb edən vasitə eylə; ta ki, bu iki məhəbbət dənizindən zərif bir dalğa qalxsın və inci kimi nəcib nəsillərin mirvariləri həyat dənizi sahilinə tökülsün. " O, bu iki dənizi açıb buraxdı ki, onlar bir-biri ilə govuşsunlar: Onların arasında keçilməyən bir sərhəd vardır. Onda Rəbbinizin hansı bəxşişlərini inkar edə bilərsiniz. Hər birindən O, iri və kiçik incilər çıxarır."(Quran, 56:62)

Sən Ey Mehriban Allah! Bu nigahı mərcan və incilər yetirməyə nail eylə. Sən, həqiqətən, Ən Qüvətli, Ən Ulu, Həmişə Bağışlayansan.

-Əbdül-Bəha Abbas

Nigah Duaları

Nigah Duaları

2. Öz qüdrətli hikmətinlə Sən ümmətlərə nigah bağlamağı əmr etdin ki, nəsilləri