Məndə təmiz bir ürək yarat, Ey mənim Allahım və sakit bir vicdan oyat, Ey mənim Ümidim! Qüvvət ruhu ilə mənə Əmrində təyid ver, Ey mənim Məhbubum və cəlalının nuru ilə yolunu mənə göstər, Ey mənim Muradım! Hüdudsuz qüdrətinlə məni müqəddəslik səmana yüksəlt, Ey mənim varlığımın Mənbəyi və əbədiyyətinin nəsimləri ilə məni sevindir, Ey mənim Allahım! Əzəli nəğmələrinlə mənə sakitlik ver, Ey mənim Munisim, qədim üzünün zənginliyi ilə məni Səndən başqa hər şeydən qurtar, Ey mənim Mövlam və əbədi Zatının zühuru ilə məni müjdələ, Sən Ey aşkarlardan ən Aşkarı və gizlilərdən ən gizlisi Allah!

-Bəhaullah

Ruhani İnkişaf 

Ruhani İnkişaf Dualar 

1. Məndə təmiz bir ürək yarat, Ey mənim Allahım və sakit bir vicdan oyat