Mən Sənin Adını ucaldıram, Ey mənim Allahım və Sənə şükr edirəm, Ey mənim Arzum, çünki Sənin doğru yolunu tapmağa məni qadir etdin, Öz Böyük Müjdəni mənim gözlərim qarşısında izhar etdin və üzümü Sənin Vəhyinin Məşriqinə və Əmrinin Mənbəyinə tutmaqda kömək etdin, o zaman ki, Sənin bəndələrin və xalqların Səndən üz çevirmişdi. Səni and verirəm, Ey əbədiyyət Mələkutunun Rəbbi, Sənin Şərəf Qələminin güclü səsinə, Sənin yaşıl Ağacında Şölələnib Yanan Oda və Sənin xüsusi olaraq Bəha əhli üçün seçdiyin Gəmiyə - lütf eylə ki, Sənə olan məhəbbətimdə mən səbatlı qalım, Kitabında mənim üçün yazdığın hər hansı qismətə qane olum, Sənin və Sənin sevimlilərinin xidmətində möhkəm durum. Sonra Öz bəndələrinə mərhəmətlə yardım eylə ki, Ey mənim Allahım, Sənin Əmrini ucaltmağa xidmət edən işlər görsünlər və Sənin Kitabında nazil etdiklərinə riayət etməyə qadir edən əməl sahibi olsunlar.

Həqiqətən, Sən Qüdrət Sahibisən, istədiyini hökm etməyə Qadirsən və bütün yaranmışların cilovunu Öz ovcunda tutursan. Səndən başqa Allah yoxdur, Sən Qüvvətli, Hər Şeyi Bilən və Hikmət Sahibisən.

-Bəhaullah

Sabitlik

Sabitlik

1. Lütf eylə ki, Sənə olan məhəbbətimdə mən səbatlı qalım