Ey Allah, mənim Allahım! Bu Sənin nurlu bəndən və ruhani köləndir, o kəs ki, Sənin yaxınlığına cəzb olunub və Sənin hüzuruna yaxınlaşıb. Öz üzünü Sənin üzünə tutub, Sənin təkliyini etiraf edib, vahidliyinə iman gətirib, Sənin adınla millətlər arasında səsini ucaldıb, insanları Sənin mərhəmət sularına hidayət edib, Sən Ey Səxavətli Allah! İstəyənlərə O, Sənin sonsuz fəzlinin şərabı ilə dolub-daşan hidayət piyaləsindən içirib.

 

İlahi, bütün şəraitlərdə ona yardım eylə, qorunan sirlərini ona öyrət və gizli gövhərlərini onun üstünə yağdır. Onu Sənin ilahi köməyinin yelləri ilə uca bürclərdə dalğalanan bayraq eylə, onu saf suların çağladığı çeşmə eylə.

 

Sən ey mənim Bağışlayan Rəbbim! Öz insanların arasında Sənin lütf etdiklərinə bütün şeylərin həqiqətini açmaqla, şöləsini ətrafa yayan çırağın şuaları ilə ürəkləri nurlandır.

 

Həqiqətən, Sən Qüdrətlisən, Qüvvətlisən, Qoruyucu, Güclü, Xeyirxahsan! Həqiqətən, Sən mərhəmət Mövlasısan!

-Əbdül-Bəha Abbas

Ruhani İnkişaf 

Ruhani İnkişaf dualar 

13. Bu Sənin nurlu bəndən və ruhani köləndir, o kəs ki, Sənin yaxınlığına cəzb