Ey Allah, mənim Allahım! Bunlar Sənin zəif bəndələrindir, bunlar Sənin Uca Bəyanın qarşısında baş əyən, Sənin nurunun Astanasında itaət göstərən, Günəşi ən parlaq zamanında parladan təkliyinə şəhadət verən sadiq qulların və kənizlərindir. Onlar Sənin gizli səltənətindən ucaltdığın nidanı eşitmiş, məhəbbət və məftunluqla vuran ürəklərilə Sənin çağırışına cavab vermişlər.

 

İlahi, Sənin bütün mərhəmətini onların üzərinə səp, fəzlinin sularını onların üstünə yağdır. Onları gözəl bitkilər kimi cənnət bağçasında böyüt və Sənin bəxşiş buludlarından və Sənin kəramət hovuzundan bu bağçanı çiçəklənən eylə, onu hər zaman yaşıl və təravətli, büsatlı və gözəl saxla.

 

Sən, həqiqətən, Qüdrətli, Uca, Qüvvətlisən, göylərdə və yerdə dəyişməz qalan yeganə Sənsən. Səndən başqa Allah yoxdur, aşkar əlamətlər və rəmzlər Sahibi!

-Əbdül-Bəha Abbas

Ruhani İnkişaf 

Ruhani İnkişaf dualar 

14. Bunlar Sənin zəif bəndələrindir, Sənin Uca Bəyanın qarşısında baş əyən