Sən Ey Ruzi Verən! Sən Qərbdəki dostların üzərinə Müqəddəs Ruhun rahiyələrini əsdirdin və Sənin ilahi hidayətinin işığı ilə qərb səmasını nurlandırdın. Bir zaman Səndən uzaq olanları Sən Özünə yaxınlaşdırdın; Yadları sevgili dostlara çevirdin; yatanları oyatdın; qafilləri hüşyar etdin.

 

Sən Ey Ruzi Verən! Bu nəcib dostlarına kömək eylə ki, Sənin razılığını qazansınlar, onları həm yadların və həm də dostların xeyirxahı eylə. Onları əbədi aləmə daxil eylə; İlahi feyz payı ehsan eylə; onları bütünlüklə Allahdan olan əsl bəhailər eylə; onları görüntüdən qoru və həqiqətdə yəqin eylə. Onları Mələkutun nişanələri və rəmzləri eylə, bu heçlik dünyasının üfüqündəki parlaq ulduzlar eylə. Onları bəşəriyyətə bir rahatlıq və təsəlli səbəbi et və dünya sülhünün xidmətçiləri eylə. Öz nəsihətlərinin şərabı ilə onları ruhlandır və izn ver ki, onlar Sənin hökmlərinin yolu ilə addımlasınlar.

 

Sən Ey Ruzi verən! Sənin Astananın bəndəsinin ən əziz arzusu budur ki, şərqdən və qərbdən olan dostların qucaqlaşdıqlarını görsün; sanki suyun ayrı-ayrı damlaları bir dənizdə qovuşubmuş kimi, insan cəmiyyətinin bütün üzvlərinin böyük bir məclisdə məhəbbətlə toplandıqlarını görsün; onların hamısını bir gülşənin quşları, bir dəryanın inciləri, bir ağacın yarpaqları, bir günəşin şuaları kimi görsün.

 

Sən Qüdrətlisən, Güclüsən, Sən qüvvət Allahısan, Qadirsən, hər şeyi Görənsən.

-Əbdül-Bəha Abbas

Ruhani İnkişaf 

Ruhani İnkişaf dualar 

16. Sən Qərbdəki dostların üzərinə Müqəddəs Ruhun rahiyələrini əsdirdin