Ucalsın Sənin Adın, Ya Rəbb mənim Allahım! Mən Sənin bir bəndənəm ki, Sənin mərhəmət ipindən tutmuşam və Sənin səxavət ətəyindən yapışmışam. Səni and verirəm o Adına ki, onunla görünən və görüməyən bütün yaranmiş şeyləri tabe etdin və onunla bütün xilqətin üzərinə həyat nəsimi əsdi - Özünün göyləri və yeri əhatə edən qüvvətinlə məni gücləndir və məni bütün xəstəlik və bəlalardan qoru. Mən şəhadət verirəm ki, Sən bütün adların Rəbbisən, istədiyində təqdir Sahibisən. Səndən başqa Allah yoxdur, Sən Qüdrətli, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

 

İlahi, mənə Sənin bütün aləmlərində fayda verən şeyləri nəsib eylə. Sonra yaratdıqların arasında seçilmişlərin üçün yazdıqlarını mənə qismət eylə - o kəslər ki, nə qınayanın qınağı, nə imansızın səs-küyü, nə də Səndən üz döndərənin uzaqlığı Sənə dönməkdən onlara mane ola bilmədi.

 

Sən, həqiqətən, Öz hökmranlığının gücü ilə Qoruyucusan. Səndən başqa Allah yoxdur, Qüdrətli və Ən Qüvvətli.

-Bəhaullah

Ruhani İnkişaf 

Ruhani İnkişaf dualar 

3. Özünün göyləri və yeri əhatə edən qüvvətinlə məni gücləndir