Öz əbədiyyətinin şirin sularından mənə içir, ey mənim Allahım və Sənin varlıq ağacının meyvələrindən mənə dadızdır, Ey mənim Ümidim! Məhəbbətinin saf çeşmələrinin sularından mənə doyunca içir, Ey mənim Şərəfim və Sənin əbədi inayətinin kölgəsində mənə məskən ver, Ey mənim Nurum! Sənə yaxınlıq çəmənliyində Öz hüzurunda məni gəzdir, Ey mənim Məhbubum, Sənin mərhəmət taxtının sağında məni əyləşdir, Ey mənim Məqsudum! Sevincinin rayihəli nəsimlərini mənim üstümə əsdir, Ey mənim Mətləbim, məni Həqiqət cənnətinin zirvəsinə çatdır, Ey mənim Məbudum! Sənin təklik göyərçininin təranələrini mənə dinlət, Ey Parıldayan! Qüdrət və Qüvvət ruhunla məni canlandır, Ey mənim Pərvərdigarım! Eşqinin ruhunda məni möhkəm saxla, Ey mənim Yardım Edənim, Öz razılıq yolunda addımlarımı qüvvətləndir, Ey mənim Xaliqim! Sənin ölümsüzlük bağında, üzün qarşısında, əbədi məskən ver, Sən Ey mənə Mərhəmətli və Sənin izzət kürsündə məni əyləşdir, Sən Ey mənim Sahibim! İnayət səmana məni ucalt, Ey mənim Canlandıranım, hidayət Günəşinə məni yönəlt, Ey mənim Cəzb Edənim! Sənin görünməz ruhunun təzahürləri qarşısında məni hazır et, Sən Ey mənim Əvvəlim və mənim ən Uca İstəyim və Sənin zahir edəcəyin gözəlliyinin rahiyələrinin cövhərinə məni qaytar, Ey mənim Allahım!

Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, Ən Uca, Ən Cəlallı, Ən Yüksəksən.

-Bəhaullah

Ruhani İnkişaf 

5. İnayət səmana məni ucalt, Ey Allah, və hidayət Günəşinə məni yönəlt

Ruhani İnkişaf dualar