O Fəzl Sahibi, Ən Səxavətlidir! Ey Allah, mənim Allahım! Sənin nidan məni cəzb etdi və Şərəf Qələminin səsi məni oyatdı. Müqəddəs bəyanının kövsəri məni məst etdi və ilhamının şərabı məni ovsunladı. Görürsən məni, Ya Rəbb, Səndən başqa hər şeydən inqita etmişəm, Sənin əta ipindən yapışmışam, fəzlinin möcüzələrini diləyirəm. Səni and verirəm Sənin inayət dənizinin əbədi dalğalarına və Sənin nəvaziş və lütfünün parıldayan şəfəqlərinə, mənə o şeyləri bəxş eylə ki, məni Sənə cəzb etsin və Sənin sərvətinlə məni zənginləşdirsin. Mənim dilim, mənim qələmim, mənim bütün varlığım Sənin qüdrətinə, Sənin qüvvətinə şəhadət verir ki, Sən Allahsan, Səndən başqa Allah yoxdur, Qüdrətli və Qadir Allah.

 

Mən bu anda, Ey mənim Allahım, öz acizliyimə və Sənin hökmranlığına, öz zəifliyimə və Sənin qüvvətinə şəhadət verirəm. Mən bilmirəm, mənə fayda verən nədir, ziyan vuran nə; Sən, həqiqətən, hər şeyi Bilən və Hikmət Sahibisən. Ya Rəbb, mənim Allahım, Mənim Mövlam, məni Sənin əbədi hökmünlə razı salacaq və Sənin bütün aləmlərində rifaha qovuşduracaq şeyləri mənə nəsib eylə. Sən həqiqətdə, Fəzl Sahibi, Səxavətlisən.

 

Ya Rəbb! Sənin sərvət dəryandan və mərhəmət səmandan məni qaytarma və bu aləmin və axirətin xeyrini mənə qismət eylə. Həqiqətən, Sənsən ucada qurulan mərhəmət kürsüsünün Sahibi; Səndən başqa Allah yoxdur, Tək, Hər Şeyi Bilən və Ən Hikmətli.

-Bəhaullah

Ruhani İnkişaf 

Ruhani İnkişaf dualar 

6. Mən bilmirəm, mənə fayda verən nədir, ziyan vuran nə; Sən hər şeyi Bilən