Lütf eylə mənə, Ey mənim Allahım, Sənin məhəbbətindən və Sənin razılığından bol bir pay alım və parlaq işığının cazıbəsi ilə bizim ürəklərimizi məftun eylə, Sən Ey Ən Yüksək Sübut və Ən Şərəfli. Fəzlinin bir nişanəsi kimi, bütün günü və gecəni Sənin həyatverici yellərini mənə göndər, Sən Ey Kəramət Sahibi!

 

Sənin üzünü görməyi haqq edəcək bir iş görməmişəm, Ey mənim Allahım və yəqin bilirəm ki, dünya durduqca yaşasam da, bu inayəti qazanmaq üçün bir əməl etməyə müvəffəq olmazdım, çünki Sənin Kəramətin mənə çatmayınca, mərhəmətin məni sarmayınca, inayətin məni əhatə etməyincə bu bəndə Sənin müqəddəs məkanına heç vaxt yol tapa bilməz.

 

Bütün təriflər Sənin olsun, Sən Ey Ondan başqa Allah olmayan Allah. Fəzlinlə məni qabil eylə ki, Sənə yüksəlim, Sənin yaxınlığında məskən salmaq şərəfinə nail olum və yalnız Səninlə ünsiyyət edim. Səndən başqa Allah yoxdur.

 

Həqiqətən, Sən bir bəndəyə lütf etmək istəsən, Sən onun ürəyinin səmasından yalnız Sənin Özünün zikrindən başqa hər bir zikri və ya həvəsi silərdin və əgər Sən bir bəndəyə bəla nəsib etməli olsan, Sənin siman qarşısında onun əllərinin insafsızlıqla törətdiyi əmələ görə, Sən onu bu dünyanın və o biri dünyanın mənfəəti ilə imtahana çəkərdin ki, o onlarla məşğul olsun və Sənin zikrini tam unutsun.

-Bab

Ruhani İnkişaf 

Ruhani İnkişaf dualar 

9. Fəzlinin bir nişanəsi kimi, bütün günü və gecəni Öz həyatverici yellərini mənə göndər