Ey mənim Allahım, Ey mənim Allahım! Təriflər olsun Sənə, çünki Sənin təkliyinə inanmağa Sən mənə kömək etdin, məni Öz vahidlik sözünə cəzb etdin, Öz məhəbbətinin atəşilə məni alovlandırdın, Sənin zikrinlə, Sənin dostlarına və kənizlərinə xidmət etməklə məni məşğul etdin.

 

İlahi, itaətkar və təvazökar olmaqda mənə kömək et və özümü hər şeydən ayırıb Sənin cəlal libasının ətəyindən tutmaqda məni qüvvətləndir, ta ki, ürəyim Sənin eşqinlə elə dolsun ki, orada dünya sevgisinə və ondakı şeylərə bağlılığa yer qalmasın.

 

Ey Allah! Özündən başqa hər şeydən məni pak eylə, günah və xəta çirkabından məni təmizlə, ruhani qəlb və vicdan sahibinə çevir.

 

Həqiqətən, Sən Mərhəmətlisən və həqiqətən Sən Ən Səxavətlisən, hamının kömək dilədiyi Kəssən.

-Əbdül-Bəha Abbas

Ruhani İnkişaf 

Ruhani İnkişaf dualar 

10. Ta ki, ürəyim Sənin eşqinlə elə dolsun ki, orada dünya sevgisinə bağlılığa yer