Sən Ey yaxınlığı muradım, vüsalı ümidim, zikri diləyim, əzəmət dərgahı məqsədim, məkanı mətləbim, adı dərmanım, məhəbbəti könlümün nuru, xidmətində durmaq ən yüksək arzum! And verirəm Sənin o Adına ki, Sən onunla Səni tanıyanları Öz irfanının ən yüksək zirvələrinə uçurdun və sədaqətlə Sənə sitayiş edənləri müqəddəs lütflərinin sarayına yüksəlmələrinə yardım etdin - kömək eylə, üzümü Sənin üzünə çevirim, gözlərimi Sənə dikim və Sənin cəlalını vəsf edim.

 

Mən o kəsəm ki, İlahi, Səndən başqa hər şeyi unudub, Sənin fəzlinin Məşriqinə yönəlib, Sənin dərgahına yaxınlaşmaq ümidi ilə hər şeyi tərk edib. İndi mənə nəzər sal, Sənin üzünün nurunun şəfəqləri ilə parıldayan Taxta üz tutmuşam. Ey mənim Məhbubum, məni Sənin Əmrində möhkəmlədən şeyləri nazil eylə ki, imansızların şübhələri Sənə dönməkdən məni saxlamasın.


Sən, həqiqətən, Qadir Allahsan, Əzəmətli, Ən Cəllalı, Qüdrətlisən.

-Bəhaullah

Sabitlik

Sabitlik

3. Kömək eylə, üzümü Sənin üzünə çevirim, gözlərimi Sənə dikim və cəlalını vəsf edim