Təriflər olsun Sənə, Ya Rəbb, mənim Məhbubum! Əmrində məni sabit eylə, məni Əhdini pozmayan və öz şəkk-şübhə bütlərinin arxasınca getməyənlərin arasında say. Sonra məni qadir eylə ki, Sənin hüzurunda həqiqət taxtına çatım, Öz mərhəmət nişanələrini mənə əta eylə və qoy Sənin o bəndələrinə qoşulum ki, nə qorxu bilərlər, nə də qəmə düşərlər. Məni öz nəfsimin ixtiyarına buraxma, İlahi və Sənin Özünün Zühurun Olan Kəsi tanımaqdan məhrum etmə. Sənin müqəddəs hüzurundan üz döndərənlərin sırasına yazma, məni o kəslərin arasında say ki, Ey mənim Allahım, nəzərlərini Sənin Camalına dikməklə şərəflənmişlər və bundan elə həzz alırlar ki, bunun bir anını belə göylərin və yerin səltənətinə və ya bütün mövcudata dəyişməzlər. Ya Rəbb, yer üzü insanlarının bədbəxtcəsinə yollarını azdığı bu günlərdə mənə rəhm eylə, sonra, Ey mənim Allahım, nəzərində yaxşı və layiqli olanları mənə qismət eylə. Sən, həqiqətən, Ən Qüdrətli, Fəzl Sahibi, Kəramətli, həmişə Bağışlayansan.

Ey mənim Allahım, məni o kəslərdən sayma ki, qulaqları kar, gözləri kor, dilləri laldır və qəlbləri anlamağa qadir deyil. Ya Rəbb, məni cəhalət odundan və xudbinlik ehtirasından qurtar, yüksək mərhəmətinin fəzasına daxil eylə və seçilmişlərinə nəsib etdiklərini mənə də bəxş eylə.

 

Sən istdəyini etməyə Qadirsən. Həqiqətən, Sən Əzəmətli və Qəyyumsan.

-Bab

Sabitlik

Sabitlik

6. Əmrində məni sabit eylə, məni Əhdini pozmayan və öz şəkk-şübhə bütlərinin