Alqış və təriflər olsun Sənə, Ey Allah! Sənin müqəddəs hüzuruna yetişmək gününü tez yaxınlaşdır. Öz məhəbbətinin və razılığının qüdrəti ilə qəlblərimizi sevindir və bizə sabitlik bəxş eylə ki, Sənin İradənə və Sənin Hökmünə razılıqla tabe olaq. Həqiqətən, Sənin elmin yaratdığın və yaradacağın bütün şeyləri əhatə edir və Sənin İlahi qüdrətin xəlq etdiyin və ya edəcəyin hər şeyin fövqündədir. Səndən başqa pərəstiş olunan, Səndən başqa məqsud, Səndən qeyri məbud, Sənin razılığından özgə seviləcək bir şey yoxdur.

Həqiqətən, Sən Ali Hökmdar, Haqq Sultanı, Əzəmətli və Qəyyumsan.

-Bab

Sabitlik

Sabitlik

7. Öz məhəbbətinin və razılığının qüdrəti ilə qəlblərimizi sevindir və bizə sabitlik