Ey mənim Allahım! Səndən başqa bir kimsə yoxdur ki, mənim qəlbimin möhnətini azaltsın. Sən mənim ən yüksək arzumsan, Ey mənim Allahım. Səndən və Sənin sevdiklərindən başqa mənim ürəyim heç kimə bağlanmayıb. Mən təntənə ilə bəyan edirəm ki, mənim həyatım da, ölümüm də Sənin üçündür. Həqiqətən, Sən Bənzərsiz və Şəriksizsən.

İlahi, yalvarıram, özümü Səndən kənar saldığım üçün məni bağışla. Sənin cəlalına və əzəmətinə and olsun, mən Səni Sənə yaraşan tərzdə tanıya və ibadət edə bilmədim, halbuki Sən Özünü mənə tanıdırsan və Sənin məqamına layiq olan kimi zikr etməyə çağırırsan. Vay mənim halıma, İlahi, mənim xətalarıma və günahlarıma görə məni tutasan. Səndən başqa pənah gətirəcək bir sığınacağım yoxdur. Sənin yaratdıqların arasında Sənin izinin olmasa, heç kəs Sənin Özünlə vasitəçi olmağa cürət edə bilməz. Sənin taxtın qarşısında Sənin məhəbbətindən möhkəm yapışmışam və Sənin əmrinə uyğun olaraq, Sənin cəlalına yaraşan tərzdə inadla sənə dua edirəm. Yalvarıram Sənə, çağırşıma diqqət ver, necə ki Özün mənə söz vermisən. Həqiqətən, Sən Allahsan; Səndən başqa Allah yoxdur. Tək və yardım olmadan, Sən bütün yaranmış şeylərdən asılı deyilsən. Nə sənin sevimlilərinin möminliyinin Sənə faydası var, nə də imansızların şər əməlləri Sənə zərər vurar. Həqiqətən, Sən mənim Allahımsan, Öz vədini heç zaman pozmayan Alahım.

Ey mənim Allahım! Sənin lütfünün əlamətlərinə and verirəm, mənə izn ver, Sənin müqəddəs hüzurunun ən yüksək zirvəsinə cəzb olunum və məni Səndən başqa hər şeyin sezilməyən cazibəsinə düşməkdən hifz eylə. Mənim addımlarımı, ey mənim Allahım, Sənin qəbul etdiyin və razı qaldığın şeylərə yönəlt. Sənin qəzəbinin şiddətindən və Sənin cəzandan Öz qüdrətinlə məni qoru və Sənin arzu etmədiyin yerlərə daxil olmaqdan məni saxla.

-Bab

Allaha Yaxınlıq Dualar

Allaha Yaxınlıq Dualar

3. İzn ver Sənin müqəddəs hüzurunun ən yüksək zirvəsinə cəzb olunum