top of page
thomas-jorn-ULZjbG99S9M-unsplash.jpg

Novruz, 20 və bəzi illər 21 Martda başlanır və Azərbaycan bəhailəri üçün yeni ilin birinci günüdür

 

Alqış Sənə, Ey mənim Allahım, Sən Novruzu Sənə məhəbbət xatirinə Oruc tutanlar və Sənin bəyənmədiyin şeylərdən çəkinənlər üçün bayram təyin etdin. Lütf eylə, İlahi, Sənin məhəbbətinin odu və Sənə hökm olunan Orucun törətdiyi hərarət onları Sənin əmrində alovlandırsın, Sənin tərifin və zikrinlə məşğul etsin.

 

Ey mənim Rəbbim, Sən ki onları Özün əmr etdiyin Orucla bəzəmisən, onları həm də bol bəxşişlərin və fəzlin vasitəsilə Sənin qəbul zinətinlə bəzə, çünki insanların bütün əməlləri Sənin razılığından asılıdır və Sənin hökmün altındadır. Əgər Sən Orucu pozan bir kimsəni ona riayət edən kəs kimi qəbul etsən, belə bir şəxs əzəldən Oruc tutanlar arasında sayılar. Əgər Sən Oruc tutanı onu pozmuş kəs kimi qərar versən, o şəxs Sənin Məzhərinin ətəyini ləkələyən və bu Həyat çeşməsinin şəffaf sularından uzaqlaşdırılmış kəslərin cərgəsində sayılar.

 

Sən O Allahsan ki, Onunla "Sən Öz əməllərində Tərifəlayiqsən" rəmzi yüksəlmiş, və "Sən Öz əmrində itaət Olunansan" bayrağı açılmışdır. Özünün bu məqamını, Ey mənim Allahım, öz bəndələrinə tanıtdır, ta ki, onlar yaxşı anlasınlar ki, bütün şeylərin aliliyi Sənin əmrin və kəlməndən asılıdır və hər bir əməlin yaxşılılığı Sənin iznin və razılığınla şərtlənir və bilsinlər ki, insanların əməllərinin cilovu Sənin qəbul və hökmün ovcundadır. Bunu onlara bildir ki, heç nə onları Sənin Camalından ayıra bilməz, o günlərdə ki, isa Məsih səsini ucaldır: "Bütün hökmranlıq Sənindir, Sən Ey Ruhu (İsanı) Yaradan"; və Sənin Sevimli Dostun (Məhəmməd) səslənir: "Alqış Sənə, Sən Ey Məhbub, çünki Sən öz Camalını açdın və Öz seçilmişlərinə Sənin ən Böyük Adının zühur taxtına yetişməyə səbəb olanları yazdın, O Ad ki, Onunla Səndən başqa hər şeydən inqita edən və Sənin Özünün Zühurun və Sənin sifətlərinin Məzhəri olan Kəsə üz tutanlardan başqa bütün ümmətlər ah-nalə etmişlər."

 

Sənin Budağın Olan Kəs və Sənin ətrafında olanlar, Ey mənim Rəbbim, bu gün öz oruclarını Sənin sarayının həndəvərində ona riayət etdikdən sonra və Səni razı salmaq şövqü ilə açmışlar. Ona və həm də onlara və o günlərdə Sənin hüzuruna yetişənlərə, Öz Kitabında qismət kimi yazdığın xeyirləri nəsib eylə. Sonra, bu dünyada və axirətdə onlara fayda verən şeylərdən ruzi ver.

 

Sən, həqiqətən, Hər şeyi Bilən, Ən Hikmətlisən.

-Bəhaullah

Novruz Üçün Dua

Novruz Üçün Dua

bottom of page