Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Sənin hökmünə uyğun olaraq biz oruca riayət etmişik və indi Sənin məhəbbətin və razılığınla onu açırıq. Ey mənim Allahım, üzümüzü Sənin əmrinə tutaraq, Səndən başqa hər şeydən azad olaraq bütünlüklə Sənin Gözəlliyin xatirinə Sənin yolunda etdiyimiz əməllərimizi öz qəbuluna layiq gör. Sonra bizə, bizim ata-babalarımıza və bu Ən Böyük, bu Ən Cəlallı Zühurda Sənə, Sənin əzəmətli nişanələrinə iman gətirənlərin hamısına Öz əfvini əta eylə. Sən seçdiyini etməyə Qadirsən. Sən, həqiqətən, Ən Uca, Qüdrət və İxtiyar Sahibisən.
-Bəhaullah
Orucluq
3. Hökmünə uyğun olaraq oruca riayət etmişik və Sənin razılığınla onu açırıq
Orucluq
-
Bu günlərdən birincisidir ki, Sən Öz sevimlilərinə oruc tutmağı əmr etmis
-
Sənin Kitablarında hökm etdiklərini yerinə yetirənlərin orucunu qəbul ey
-
Hökmünə uyğun olaraq oruca riayət etmişik və Sənin razılığınla onu açırıq
-
Bu o günlərdir ki, Öz seçilmişlərinə və bəndələrinə oruc tutmağı hökm etmi
-
Sən insanlara Oruc tutmağı hökm etmisən ki, qəlblərini təmizləsinlər
-
Bunlar, Ey Allah, Öz bəndələrinə oruc tutmağı fərz buyurduğun günlərdir