Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Hər bir bəsirət sahibi Sənin səltənətini və hökmranlığını etiraf edir, hər bir görən göz Sənin əzəmətinin böyüklüyünü və Sənin qüdrətinin yenilməz qüvvətini anlayır. Sınaq tufanları gücsüzdür ki, Sənə yaxınlıqdan həzz alanların üzlərini Sənin cəlal üfüqünə tutmasına mane olsun; imtahan fırtınaları acizdir ki, Sənə vəfalı olanları Sənin dərgahına yaxınlaşmaqdan uzaq salsın və mane olsun.

 

Çünki Sənin məhəbbətinin çırağı onların ürəklərində, Sənin mehribanlıq məşəlin onların sinələrində alışıb. Bəlalar onları Sənin Əmrindən ayırmaqda acizdir və talenin tərs dövranı onları Sənin razılığından heç vaxt uzaqlaşdıra bilməz.

 

Səni and verirəm, Ey mənim Allahım, onlara və ürəklərinin Səndən ayrılıqdan çəkdikləri ah-naləyə - onları Sənin düşmənlərinin şərindən hifz eylə və Öz sevimlilərinə təyin etdiklərinlə onların qəlblərini bəslə, o kəslər ki, onlara qorxu gəlməz və kədərə düşməzlər.

-Bəhaullah

Sınaq və Çətinliklər

Sınaq və Çətinliklər

3. Sınaq tufanları gücsüzdür ki, Sənə yaxınlıqdan həzz alanları mane olsun