Ey Allah, mənim Allahım! Öz səxavətin və bəxşişinlə mənim kədərimi dağıt və hökmranlığın və qüdrətinlə mənim həyəcanımı qov. Görürsən, İlahi, məni hər tərəfdən kədər bürüdüyü bir zamanda üzümü Sənə tutmuşam. Ey bütün mövcudatın Rəbbi, görünən və görünməyən bütün şeylərə kölgə Salan, Səni and verirəm insanların ürəyini və qəlbini fəth etdiyin Adına, Sənin mərhəmət dəryanın dalğalarına və səxavət Günəşinin şualarına – məni o kəslərin sırasına yaz ki, heç nə onların üzünü Sənə tərəf tutmalarına mane ola bilmədi, Sən Ey bütün adların Rəbbi və göylərin Qurucusu!

 

İlahi, Sənin günlərində mənim başıma gələnləri görürsən. Səni and verirəm adlarının Məşriqinə və sifətlərinin Məzhərinə, mənə onu qismət eylə ki, Sənə xidmətə qalxmağa və Sənin tərifini söyləməyə məni qadir etsin. Sən, həqiqətən, Qüdrətli, Ən Qüvvətlisən, bütün insanların dualarına həmişə Cavab Verənsən!

 

Və sonda, Sənin üzünün nuruna iltimas edirəm, mənim işlərimə xeyir-bərəkət ver, məni borclarımdan qurtar və ehtiyaclarımı təmin eylə. Sən O Kəssən ki, Onun qüdrətinə və Onun səltənətinə hər bir dil şəhadət verib, Onun əzəmətini və hökmranlığını hər bir anlayışı olan qəlb etiraf edib. Səndən başqa Allah Yoxdur, eşidən və cavab verməyə hazır olan Allah.

-Bəhaullah

Sınaq və Çətinliklər

4. Öz səxavətin və bəxşişinlə mənim kədərimi dağıt və həyəcanımı qov

Sınaq və Çətinliklər