Alqış və tərif Sənə, Ey mənim Allahım! And verirəm Sənin aşiqlərinin ahına və Səninlə görüşün həsrətini çəkənlərin göz yaşlarına, Sənin Günündə Öz mərhəmətindən məni məhrum etmə və Sənin üzündən saçılan nurların qarşısında Sənin təkliyini tərənnüm edən Göyərçinin nəğmələrindən məni binəsib qoyma. Mən miskinlik içində olan bir kəsəm, İlahi! Mənə nəzər sal, Sənin “Hər Şeyə Malik” Adından yapışmışam. Mən şübhəsiz fani olasıyam, İlahi! Mənə nəzər sal, Sənin “Əbədi” Adından tutmuşam. Ona görə də, Səni and verirəm Sənin Uca, Ən Yüksək Zatına, məni nəfsimin və ehtirasımın ixtıyarına buraxma. Öz qüdrət əlinlə mənim əlimdən tut, zənn və şəkk-şübhə burulğanından məni qurtar və bəyənmədiyin bütün şeylərdən məni təmizlə.

Sonra elə et ki, üzümü bütünlüklə Sənə tutum, tamamilə Sənə təvəkkül edim, Sənə pənah gətirim, Sənin üzünə sığınım. Sən o Kəssən ki, Qüdrətinin gücü ilə istədiyini edir və iradəsinin qüvvəsi ilə seçdiyinə hökm verir. Sənin fərmanına qarşı heç kəs dura bilməz və Sənin təyin olunmuş istiqamətini kimsə dəyişə bilməz. Sən həqiqətən də, Qüdrətli, Cəlal Sahibi, Ən Kəramətlisən.

-Əbdül-Bəha Abbas

Sınaq və Çətinliklər

Sınaq və Çətinliklər

9. Səninlə görüşün həsrətini çəkənlərin göz yaşlarına, mərhəmətindən məhrum etmə