Sənin adın mənim şəfamdır, Ey mənim Allahım, Səni zikr etmək mənim dərmanımdır. Sənə yaxınlıq mənim ümidim və Sənə məhəbbət mənim munisimdir. Sənin mənə mərhəmətin həm bu, həm də o biri dünyada mənim şəfam və yardımımdır. Sən, həqiqətən, ən Kəramətli, ən çох Bilən və ən Hikmətlisən.

-Bəhaullah

Şəfa Duaları

Şəfa Duaları

2. Sənin adın mənim şəfamdır