Alqış Sənə, Ey mənim Rəbbim Allah! Sənin O Adına and verirəm ki, Sənin Camalın olan Kəs onunla Sənin Əmrinin Taxtında əyləşib və Sənin O Adına ki, onunla Sən hər şeyi dəyişirsən və hər şeyi bir yerə toplayırsan, hər şeyi sorğulayır, hər şeyin haqqını verir, hər şeyi qoruyur və hər şeyi saxlayırsan - yalvarıram Sənə, Sənə pənah gətirmiş, Zatının Məzhərinə sığınmış və büsbütün Sənə təvəkkül etmiş bu kənizini hifz eylə.

O xəstədir, Ey mənim Allahım, Sənin şəfa ağacının kölgəsinə daxil olub; o dərdlidir, Sənin mühafizə şəhərinə pənah gətirib; o iztirab içindədir, Sənin lütflərinin Çeşməsini axtarır; çox narahatdır, Sənin sakitlik Mənbəyinə çatmağa tələsir; günahkardır, Sənin əfv taxtına üz tutub.

 

Ona, Öz sultanlığın və inayətinlə, Ey mənim Allahım və mənim Məhbubum, Sənin məlhəm və şəfa libasını geyindir, şəfqət və lütf piyaləndən içir. Sonra onu hər bir xəstəlikdən, dərddən, hər cür ağrı və iztirabdan və Sənin rəva görmədiyin hər bir şeydən hifz eylə.

 

Sən, həqiqətən, Özündən başqa hamıdan sonsuz Ucasan. Sən, həqiqətən, Şəfaverən, Kifayətedən, Hifzedən, Həmişə Bağışlayan və Ən Mərhəmətlisən.

-Bəhaullah

Şəfa Duaları

Şəfa Duaları

5. Qadınlar Üçün Şəfa Duasi